Nahar
Tərəvəzli mal əti şorbası
50 dəqHazırlanma müddəti
2 yaşdanYaş
4 uşaq porsiyasıPorsiya
Allergiya yarada bilən ərzaqlar: Makaron istifadə etsəniz – buğda (qlüten)
Ərzaqlar
- 200 q yağsız mal əti
- 1 kartof
- 1 yerkökü
- ½ soğan
- 2 x.q. düyü və ya xırda makaron
- 5 stəkan su
Hazırlanma qaydası
- Əti xırda doğrayıb suda qaynadın, köpüyünü yığın və 30 dəqiqə zəif odda bişirin.
- Doğranmış kartof, yerkökü və soğanı əlavə edin.
- Düyünü töküb daha 15 dəqiqə bişirin.
- Göyərti əlavə edin, ilıq halda verin.
Valideynə qeyd: Kiçik uşaqlar üçün əti və tərəvəzləri çəngəllə bir az əzin.



