Menu
×

Haqqımızda

Bagcalar.az \ Özəl Təhsil Müəssisələri Axtarış Portalı

Özəl təhsil müəssisələrinin sayının artması valideynlərin seçimini və axtarışını çətinləşdirir və bu çətinliyin aradan qaldırılması üçün bütün özəl təhsil müəssisələrini əhatə edən bir portal yaradılmışdır. Portal tərkibində həm körpələr evi – uşaq bağçaları, həm məktəblər həm də digər təhsil mərkəzləri əhatə olunur.

Valideynlər bu portal vasitəsilə övladı üçün gərəkli olan uşaq bağçalarını, uşaq tədris mərkəzlərini, uşaq inkişaf mərkəzlərini, özəl məktəbləri tapır, xidmətləri ilə yaxından tanış olur və onların müqayisəsini asanlıqla apara bilir.

Portalda olan axtarış bölməsi vasitəsilə müəssisələrin adları, yerləşdiyi ərazi vahidi və yerləşdiyi metrostansiyasına uyğun axtarışı aparılır. Həmçinin portalda yerləşdirilən xəritə vasitəsilə axtarılan müəssisənin yerləşməsi (location-u) visiual olaraq canlanır.

Layihənin tanıtımı üçün xüsusi reklam strategiyası tətbiq olunur və bu strategiyasının fəaliyyət istiqamətləri içərisində Google Adwords və Facebook Sosial Şəbəkəsi əsas yer tutur. Bu iki reklam platforması vasitəsilə internet axtarış sistemində və sosial şəbəkədə tanıtım həyata keçirilir.

Layihənin icrası peşəkar media mütəxəssisləri və PreMark Media Şirkəti tərəfindən həyata keçirilir.

Axtarış Portalında Qeydiyyat Ödənişsizdir və Bu Hər Zaman Ödənişsiz Qalacaqdır.


© 2017 Bütün hüquqlar qorunur