“İndigo” Uşaq Bağçası

Uşaq həftənin 6 günü 8:00 – dan 20:00 – dək yaşına uyğun olaraq qruplarda təlim – tərbiyə prosesinə cəlb olunur. Bağçada 5 dəfə qidalanır və 5 dəfədən çox müxtəlif məktəbə hazırlıq, idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional inkişaf etdirici və xarici dil proqramlarına uyğun məşğələlərə qoşulur və müxtəlif əyləncə və istirahət xarakterli tədbirlərdə iştirak edir.

Bağçamızın əsas məqsədi uşaqların fiziki və psixoloji, həmçinin intelektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intelektual gələcək nəsil formalaşdırmaqdır.

Biz “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipinə inanaraq, “Övladınız Hər Şeyin Ən Yaxşısına Layiqdir” siyasətini fəaliyyətində tətbiq edərək, uşaqlara özlərini tanımaq və ifadə etmək imkanı yaradırıq.

Uşaq Bağçasında tədris qrupları 2 dildə – rus və azərbaycan dilində təşkil olunur və 2 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Məşğələlər 20 nəfərlik qruplarda keçirilir. Qruplarda uşaqlarla işi tərbiyəçi, müəllimə və dayə həyata keçirir

"İndigo" Uşaq Bağçası
  • Email:
    ushaqbagcasi@hotmail.com
  • Sayt:
    http://www.bagcam.az/
  • Əlaqə nömrəsi:
    (+994) 50 218 55 63
  • Sosial şəbəkələr:
Qiymətlər
  • Standart Paket
    420 AZN
  • Premium Paket
    250 AZN
Xidmətlər
  • Məktəbə hazırlıq
  • Xarici dil
  • Online nəzarət
  • Psixoloq-Loqoped xidməti
  • Şahmat
  • Gimnastika
  • Teatr kursu
  • Ekskursiya
  • Əl işi Məşğələsi
  • Rəqs Kursu
Təkliflər və İradlar
İş saatları
  • Bazar ertəsi 08:00 - 18:00
  • Çərşənbə axşamı 08:00 - 18:00
  • Çərşənbə 08:00 - 18:00
  • Bazar
  • Cümə axşamı08:00 - 18:00
  • Cümə08:00 - 18:00
  • Şənbə
Fotoqalereya